Göz ətrafı qaralmaların gizli səbəbləri və müalicə yolları
Bizi izləyin

Tabloid.az

Göz ətrafı qaralmaların gizli səbəbləri və müalicə yolları

Göz ətrafı qaralmaların gizli səbəbləri və müalicə yolları

Göz ətrafında yaranan qaralmalar günümüzün aktual problemlərindəndir. Odur ki, sözügedən problem nəinki gözəllik aludəsi olan xanımları, ümumiyyətlə, hər kəsi narahat edir.

Problemin səbəblərinə gəlincə, irsi amillərdən tutmuş bir çox amillərin təsiri mümkündür. Asiyalılarda irsi xarakter daşıdığı üçün, orada göz ətrafında qara halqalara çox rast gəlinir. Ümumiyyətlə isə, allergiyalar və burun axmasından qaynaqlanan, daxili xəstəliklər, dərinin növü və xəstəlikləri, havada və qidada olan allergik təsirlər, dərinin quruması, kompüter arxasında çox oturmaq, siqaret çəkmək və alkoqol qəbul etmək göz kölgələrinin yaranmasının əsas səbəblərindəndir.Ümumiyyətlə isə, göz ətrafında dəri həddindən artıq zərif olduğu üçün həmin nahiyədə damarlardan axan qan göy rəngdə görünür.Dəriyə yanlış qulluq, yuxusuzluq da göz ətrafında kölgələrin yaranmasına gətirib çıxarır. Bundan başqa, hava da göz ətrafının rənginə təsir edir. Qışda göz ərtafındakı dəri bəzən mavi və bənövşəyi rəngə çalır. Çünki soyuğun təsirindən göz altındakı yağ öz təsirini itirməyə başlayır. Dəri strukturunda melanin dediyimiz maddənin miqdarının artması da dərinin rənginin tündləşməsinə səbəb olur.

Əgər bu qaralmalar sizdə irsən yox, sonradan qazanılmadırsa, onda qaralma aşağıdakı səbəblərlə bağlı ola bilər.

Qaralmaların ən çox rastgəlinən səbəbləri

Atopik ekzema olan dəri xəstəliyi göz ətrafının qaralmasına səbəb olur. İnsan yaşlandıqca göz ətrafı dəri nazikləşir və dərini cavan göstərən "kollagen" deyilən maddənin miqdarı azalır. Beləliklə, dəri altında olan damarlar bilinməyə başlayır və göz ətrafı kölgələnir.

Üz quruluğu da göz ətrafı dərinin qaralmasına və bənövşəyi rəngə çevrilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda üzdə sümük quruluşların çıxıntılı olması, göz qapaqlarında şiş olması və ya gözlərin çuxurda olması göz ətrafındakı qara halqaların daha çox bilinməsinə səbəb olur.

Bəs, qaralmanın çarəsi varmı?

Yuxusuzluq və yorğunluqı çox zaman qorxunc bənövşəyi halqaların əmələ gəlməsinə səbəb olur. Xanımların əksəriyyət bu vəziyyətdən şikayət edir. Lakin səbəblərini bilsək, bu vəziyyətdən çıxmaq daha asan olar. Tabloid.az türkiyəli mütəxəssis Ayşegül Sivrinin göz ətrafı halqaların əsas səbəbini tapmağa kömək edən bəsit testi təqdim edir:

Barmaq uclarınızla göz ətrafına xəfif şəkildə basın və 30 saniyə saxlayın. Bu testin sonunda göz ətrafına diqqət baxın. Bu zaman halqaların qaralığı artıbsa, səbəbi irsi, ya da qocalıq əlamətləridir. Əgər tünd halqaların rəngi dəyişmirsə, ultrabənövşəyi və ya allergiya ilə bağlı ola bilər.

Əgər göz ətrafı qara halqalar bir qədər azalıbsa, onların səbəbi dərinin həssas olmasından dolayı damar quruluşların görünməsi və piqmentasyon çoxluğuna, hətta hər ikisinə birdən bağlıdır.

Allergiyalar

Qara halqaların bir səbəbi də allergiyadır. Allergiya və ya Ekzema nəticəsində-belə ki, hər hansı bir allergiya zamanı gözdə əmələ gələn sulanma və qıcıqlanma yaranır və bu zaman biz gözümüzü ovuşdurur və ya qaşıyırıq nəticədə haqqında söhbət etdiyimiz göz altındakı zərif kapillyarlar zədələnir.

Bu allergiyalar arasında qida allergiyaları, kosmetik allergiyalar, ya da ev və ya iş yeri vəziyyətinizdə olan allergik tozlar ola bilər. Allergiya səbəbindən baş verirsə, bu zaman alt göz qapağında olan damarlar genişlənərək böyüyür və beləliklə göz ətrafında bənövşəyi halqa şəklində özünü göstərir.

Xüsusən son istifadə tarixləri keçən kosmetik məhsullardan istifadə ediləndə daha çox allergik reaksiyaya səbəb olur. Tərkibindəki bakteriya sayı artır və bu vəziyyət dəri problemlərinə səbəb olur. Belə bir hal ilə qarşılaşdıqda gözləriniz qaşınır. Siz bu vəziyyətə gözlərinizi qaşıyaraq cavab verdikdə göz qapağı dərisi çox incə olduğu üçün dəri altındakı nazik damarlara ziyan verirsiniz, beləliklə, göz qapaqlarında şişmə və ləkələr yaranır. Eyni zamanda melanin, yəni, piqment hasil edən hüceyrələrə də təsir edərək rəng maddəsi istehsal etmələrinə təkan verirsiniz. Bu vəziyyət də göz ətrafının qaralmasına və artmasına səbəb olur.

Burun axıntısı

Burun tıxanması nəticəsində göz qapağınız ilə burnunuz arasında əlaqəsi olan qan damarları şişməyə səbəb olaraq göz ətrafı halqaların aydınlaşmasına səbəb olur. Burunda olan hər hansı bir əyrilik və ya ət böyüməsi dediyimiz hallarda yenə bu damarlar genişlənir və göz ətrafının qaralmasına səbəb olur. Doktor bu vəziyyətdə burun keçidinin açılması ilə (burun əməliyyatı və ya dərmanlarla) göz ətrafı qaraların tədricən zəiflədiyini bildirib.

Vitamin çatışmazlıqları və düzgün qidalanmamaq

Qıdalanma - Qidalanma balansının pozulması və nəzarətsiz pəhriz nəticəsində ola bilər.

Op. Doktor Ayşegül Sivri yetərsiz qidalanma halları, xüsusilə B vitamini, C vitamini, K vitamini və E vitamini azlığının göz ətrafının qaralmasına səbəb olduğunu da vurğulayıb. O, bildirib ki, vitaminlər xüsusilə böyrək üstü vəzlərin işləməsi üçün lazımdır. Əgər böyrək üstü vəzlər sağlam çalışmasa, qəhvə, spirt və şəkəri çox işlətsək və vitamin udulması pozularsa, dəridə şişkinlik olur və göz ətrafındakı qara halqalar daha da aydınlaşıb pisləşir. Qidaların içində olan sulfid, məsələn, şərabda var. O, dəridə şişkinlik yaradır və yenə qara halqaların aydınlaşmasına səbəb olur. Pəhrizdə duzun miqdarını da azaltmalıyıq, çünki orqanizmdə su saxlayaraq dəri altı damarları genişləndirir və bənövşəyi halqa görünüşünü artırır.

Dehidratasyon

Digər bir mənası da bədənin susuz qalmasıdır. Susuz qaldığımız zamanda damarlarımız genişlənərək qara halqa görünüşü artır. Spirt və qəhvə həddindən artıq içəndə də susuz qalarıq. Eyni zamanda alkoqol və siqaret də dərinin oksigen almasını azalaraq dəriyə zərər vermiş olur.

Siqaret çəkmək

Siqaret çəkəndə dəriyə çatan oksigen miqdarı azalır. Damarlar da bu kəsiri bağlamaq üçün genişlənir və beləliklə, göz ətrafı qara görünüşü daha da artırır.

Hormonlar

Hamiləlik və menstruasiya nəticəsində də bu problem meydana çıxa bilər.

Xüsusilə qadınların menstruasiya dövründə - cinsiyyət orqanında hormonal dəyişikliyə bağlı anemiya görünür. Hamiləlik dövrlərində də qan azlığı ilə tez-tez qarşılaşırıq. Bu kimi hormonal keçid dövrlərində göz ətrafı bənövşəyi halqalarda artım və aydınlaşma görünür. Çünki anemiya vəziyyətində yenə dəri altı damarlarımız genişlənib aydınlaşır.

Müalicə zamanı

Hər hansı bir müalicə zamanı-bəzən başqa bir xəstəlikdən müalicə aldığımız zaman müalicə nəticəsində damarlarda genişlənmə baş verir ki, bu da haqqında danışdığımız problemə gətirib çıxarır.

Yuxusuzluq

Yuxusuzluq bənövşəyi halqaların səbəbi olmamaqla birlikdə bilvasitə onların yayılma dairəsini get-gedə artırır. Məsələn, yuxusuzluq stress və digər sağlamlıq problemlərini də artır. Gözlər daha yaşlı və solğun görünür. Bu səbəbdən Op. Doktor Ayşegül Sivri daha cavan və gümrah görünmək üçün yuxu rejiminə mütləq əməl etməli olduğumuzu vurğulayır.

Gecə yatmazdan 30 dəqiqə əvvəl həmin hissələrə nəmləndirici krem çəkin. Amma unutmayın ki, kremdən çox istifadə göz ətrafında şişlərin yaranmasına səbəb ola bilər. Ona görə kremdən də miqdarında istifadə etmək məsləhətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm