Elçin Əzizov Nyu-York səhnəsində çıxış edəcək - Video
Bizi izləyin

Tabloid.az

Elçin Əzizov Nyu-York səhnəsində çıxış edəcək - Video

Böyük teatrın solisti Elçin Əzizov Nyu-Yorkun “Metropoliten-opera” səhnəsində baş tutacaq “İolanta” operasının premyerasında iştirak edəcək.

Azərbaycanın məşhur opera ifaçısı, Böyük teatrın solisti Elçin Əzizov yanvarın 26-da Nyu Yorkun “Metropoliten-opera” səhnəsində baş tutacaq “İolanta” operasının premyerasında iştirak edəcək.

Rusiya KİV-nin verdiyi məlumata görə, həmyerlimiz dünyanın ən nüfuzlu səhnələrindən birində əsas rollardan biri olan mavritaniyalı həkim Ebn-Hakianın partiyasını ifa edəcək. Elçinlə eyni səhnədə ən yaxşı opera ifaçılarından olan Anna Netrebko da çıxış edəcək.

Bariton səsli Elçin Əzizov Azərbaycanın əməkdar artistidir. O, ilk azərbaycanlıdır ki, Böyük Teatrın solistidir. 1975-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin kino rejissoru ixtisasını bitirib. 1992-2001-ci illərdə əfsanəvi “Bakılı oğlanlar” şən və hazırcavablar komandasının tərkibində çıxış edib.

2005-ci ildə “Mosarteum” universitetinin yay akademiyasına daxil olub. 2006-2007-ci illərdə Alessandro Mişaşi ilə səs imkanlarının yaxşılaşdırılması istiqamətində məşğul olub. 2005-2007-ci illərdə Bakı musiqi akademiyasının tərkibində Opera studiyasında Əziz Əliyevin rəhbərliyi altında təcrübə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm