Mila Kunisin qüsursuz stili - Fotolar
Bizi izləyin

Tabloid.az

Mila Kunisin qüsursuz stili - Fotolar

Mila Kunisin qüsursuz stili - Fotolar

Başıbəlalı "Yürüş Yupiter" filminin nəhayət ki, nümayişi baş tutub. Yeri gəlmişkən, deyilənlərə görə, fantastik janrda çəkilmiş filmin premyerası işlərin bitməməsinə görə deyil, Mila Kunisin məlum vəziyyətinə görə təxirə salınmışdı. O, ana olmağa hazırlaşırdı.

Qeyd edək ki, Kunis hamiləlikdən sonra ilk dəfədir ki, qırmızı xalı üzərində görünüb. Bir neçə ay öncə ana olan şəhlagözlü aktrisa tez bir zamanda əvvəlki formasına qayıda bilib.

Nümayişə "Dolce&Gabbana" paltarında, "Christian Louboitin" markalı ayaqqabılarda gələn aktrisanın qüsursuz stili də diqqətəlayiqdir. Mila Kunisin nümayişdə çəkilən fotolarını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm