Qarlı havada çox qalın geyinmək düzgündürmü? - Fotolar
Bizi izləyin

Tabloid.az

Qarlı havada çox qalın geyinmək düzgündürmü? - Fotolar

Qarlı havada çox qalın geyinmək düzgündürmü? - Fotolar

Bakının küləyini yenə kimsə elə hirsləndirib ki, isti yataqda olsaq da, yerimizdə qorxudan tir-tir əsirik. Səhər yuxudan durub işə getmək bizə cəhənnəm əzabı kimi görünür. Amma pul yuxudan şirin olduğu üçün durub, altdan-üstündən qıfıllanıb işə yola düşürük. Bəs, soyuq havada çox qalın geyinmək doğrudurmu?

Tabloid.az soyuq havalarda düzgün geyinmək və xəstələnməmək üçün nələrə diqqət etməli olduğumuz məqamları təqdim edir:

Baş dərisi, ağız, burun, qulaq məməsi, əl və ayaqların barmaq ucları soyuqdan ilk təsirlənən nahiyələr olduğu üçün bu sahələrin çox yaxşı qorunması lazımdır. Mütəxəssislər, geyim seçimində isə bir qalın paltardansa, bir neçə yüngül geyim tərəfdarıdır.

Soyuğun dərəcəsi və şaxtaya məruz qalma müddəti çox olarsa, dəri həssaslaşar və yaralar əmələ gələ bilər.

Gecələr, xüsusən, lap soyuq günlərdə mümkünsə, çölə çıxmamaq lazımdır. Bu, mümkün deyilsə, havada keçən zamanı azaltmaq vacibdir. Əks halda, bir neçə saat ərzində "soyuq yarası" deyilən yaralar yarana bilər.

Donvurma zamanı hərəkət azalması, süstlük, şişkinlik, ağrılar müşahidə olunur. Soyuğa məruz qalan bölgələrdəki ağrını azaltmaq üçün ilıq kompres edilir. Soyuğa məruz qalmış orqanlar ilıq su ilə yuyulur. Bədən bu suya öyrəşdikcə suyun hərarəti yavaş-yavaş artırılmalıdır. Donvurmaya məruz qalan şəxs geyindirildikdən sonra üstünü isti örtüklə örtmək lazımdır. Donan bölgə birbaşa istiyə yaxınlaşdırılmamalıdır. Su qabarcıqları varsa, onu partlatmaq olmaz. Yaraların sterilləşdirilmiş tənziflə örtülməlidir. Donan hissəni ovmaq, qrelka qoymaq olmaz.

Geyimlər bədən temperaturunu qorumalıdır

Soyuq havalarda geyimlərin altına alt paltarı və corab geyinmək özünü xəstəlikdən sığortalamağın birinci şərtidir. Ancaq iş yerində otağın temperaturu normaldırsa, bu paltarlar gün ərzində narahatlıq yarada bilər. Odur ki, iş yeriniz istidirsə, bir neçə yüngül geyimi üst-üstə geyinmək məsləhtdir. Bu halda isti olanda birini çıxartmaq mümkündür.

Qarlı və yağışlı havalarda su keçirməz palto, gödəkcə və ya çəkmələr geyinin. Külək və soyuğu içəri keçirməyən, bədən rütubətini isə bayıra çıxaran üst geyimlərinə üstünlük verin.

Cins şalvarlar buz bağlaya bilər

Soyuq havalarda papaq, əlcək, şərf taxmadan evdən çıxmayın.

Gənclər cins şalvarlara çox üstünlük verirlər. Burada diqqət etməli əsas məsələ cins şalvarların islanmasının qarşısını almaqdır. Pambıq lifinin rütubət saxlama xüsusiyyəti yüksək olduğundan qarda və ya yağışda islanan cins şalvarların quruması xeyli vaxt aparır. Adi vaxtda belə adama narahatlıq verən islaq cinsin çox soyuq havalarda buz bağlama ehtmalı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm