Cavanşir Firuzə İbadovadan nələr dedi-“ Mən onunla...”
Bizi izləyin

Tabloid.az

Cavanşir Firuzə İbadovadan nələr dedi-“ Mən onunla...”

Əməkdar artist Cavanşir Məmmədov uzun illər duetdaş olduğu Firuzə İbadova ilə ilk dəfə duet oxumağından danışıb.

Publika.az-ın məlumatına görə, müğənni 1996-cı ildə ilk dəfə Firuzə xanımla bir ad günü məclisində görüşdüyünü və ona duet oxumaq təklifi etdiyini deyib: “Ad günü məclisində Firuzəni gördüm, çox bədbin idi. Soruşdum ki, haralardasan, ağladı. Həmin vaxt o, sənətdən aralı düşmüşdü, çox kədərli idi. Məsləhət gördüm ki, mənimlə toylara getsin, duetlər oxuyaq. Dedi ki, mən qız toylarına getmişəm. Dedim ki, gəl gedək, sonrasına baxarıq. Toyda yenə də ağladı. Beləcə, biz onunla duetlər oxumağa başladıq. Firuzənin yaradıcılığında mənim rolum böyük olub”.

Cavanşir Məmmədov duetdaşına verdiyi qonorardan da danışdı: “Toydan götürmüşəm 3000, 3500 manat, ondan Firuzəyə 500 manat düşüb. Ansanblın üzvləri arasında pul bölünəndə yerdə nə qalır ki…”

Aradan xeyli vaxt keçməsinə baxmayaraq Cavanşir Firuzə xanımla aralarındakı soyuq münasibətə də aydınlıq gətirdi. Dediyinə görə, televizyaların birinə qonaq dəvət olunublar. O, tıxaca düşüb gecikdiyindən Firuzə onu gözləmədən oxuyub. Bu da onnu xətrinə dəyib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm