Texnoloji
Azercell-in Mobil Göz Klinikası yay aylarında yüzlərlə insanı pulsuz müayinə edib
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu gün də fəaliyyətini uğurla davam etdirir.
Hər zaman olduğu kimi, Mobil Göz Klinikası bu il də valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edərək, həmçinin, ahıllar və aztəminatlı ailələrə də xidmət göstərib. 2011-ci il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan və Azərbaycanda çox maraqla qarşılanan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Azercell-in bu təşəbbüsü o qədər uğurlu olub ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıblar. Təkcə bu ilin son 7 ayı ərzində Azercell-in bu layihəsi çərçivəsində 455 nəfər müayinədən keçib ki, bunun da 305 nəfəri uşaqlar, 150 nəfəri isə böyüklərdir. Eyni zamanda, Klinikada son 7 ay ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Mart ayında Mobil Göz Klinikasının həkimləri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində və SOS Uşaq Kəndində olaraq 91 nəfər xəstəyə köməklik göstəriblər.
Apreldə isə Klinika Bakıda yerləşən İMSİ gənclər ictimai birliyi "Duyğu" sosial reabilitasiya ictimai birliyində, eyni zamanda Ağcabədidə fəaliyyət göstərən "Gün ərzi" qayğı mərkəzində olublar. Bu mərkəzlərdə 105 nəfər şəxs müayinədən keçib. May, iyun, iyul, avqust aylarında Klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Şəki, Ağsu və Oğuz rayonlarında məskunlaşan qaçqın və məcburi köçkünləri, eyni zamanda əlil və kimsəsizləri pulsuz müayinə edərək, müalicəyə ehtiyacı olan 184 nəfərə xidmət göstəriblər. Mobil Göz Klinikası eyni zamanda yay aylarında Sumqayıtda, Masazır və Xırdalanda məskunlaşan qaçqınlara və əlil insanlara da dayaq olublar.
Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Azercell-in bu uğurlu layihəsi payız və qış aylarında ehtiyacı olan insanlara yardım etməyə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected]
ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin
ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra
innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq,
Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi,
tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron
xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı
payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə
edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon
nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə
4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft
sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində
fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və
27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir
hissəsidir.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO