• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Zuckerberg Obamaya zəng etdi və ...

Zuckerberg Obamaya zəng etdi və ...

Facebook sosial şəbəkəsinin müəssisi Mark Zuckerberg Amerika hökuməti tərəfindən tətbiq edilən internetdə izləmə proqramları ilə bağlı narazılığını bildirmək üçün ABŞ prezidenti Barak Obamaya zəng edib. Zuckerberg öz Facebook səhifəsində yazıb ki, ABŞ hökuməti “internet üçün təhlükə olmaqdansa, onun gələcəyi üçün mübarizə etməlidir”.

Zuckerbergin bəyanatı ABŞ kəşfiyyatının sabiq işçisinin növbəti açıqlamasından sonra səslənib. Rusiayada sığınacaq almış Edward Snowden bildirib ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi özünü Facebook serveri kimi göstərən alternativ server vasitsəilə istifadəçilərinin məlumatlarına giriş əldə edib.

MTA bu məlumatların “dəqiq olmayan” adlandırıb. Ağ Evin nümayəndəsi “ABŞ kəşfiyyatının fəaliyyəti"ilə bağlı mövzuda söhbətin olduğunu təsdiq edib, lakin təfərrüatlara varmayıb.

Xilas aşkarlıqdadır

“Mühəndislərimiz təhlükəsizlik səviyyəsinin artırılması üzərində yorulmadan işləyəndə biz öz hökumətimizdən deyil, cinayətkarlardan müdafiə olunduğumuzu nəzərdə tuturuq”, - öz Facebook səhifəsində Mark Zuckerberg yazıb.

O, ABŞ hakimiyyətini daha çox açıqlığa çağırır, “əks halda insanlar ən pisinə inanacaqlar”.

Milli Təhlükəsizlik Agentliyinin fəaliyyəti haqqında məlumat ötən il agentliyin sabiq texniki əməkdaşı Edward Snowden tərəfindən açıqlanıb.

Bu sənədlərə əsasən, MTA yüz milyonlarla telefon zəngləri haqqında məlumat toplayır, optik lifli kabellərə qoşulub kompüter sistemlərinə müdaxilə edir.

Edward Snowden tərəfindən təqdim edilən məlumatdan aydın olur ki, MTA həmçinin Microsoft, Yahoo, Google, Facebook, PalTalk, AOL, Skype, YouTube və Apple kimi iri kompüter serverlərinə və internet şirkətlərinə də “arxa qapıdan” daxil ola bilirmiş.

Bu şirkətlərin hamısı MTA-nın fəaliyyətinə hər hansı aidiyyətləri olduğunu inkar edirlər.

Güc təhlükəsizlikdədir

Facebook Google, Apple, Microsoft, Twitter, AOL, Linkedin və Yahoo ilə birlikdə ”Hökumət izləmə islahatı” adlı (Reform Government Surveillance) işçi qrup yaradıblar.

Qrup məlumat toplama üzrə hökumət siyasətində “genişmiqyaslı” dəyişikliklər tələb edir. “İnternetin gücünü qoruyub saxlamaq üçün onun təhlükəsizliyini qorumaq lazımdır”, - Mark Zuckerberg yazır.

Bu həftənin əvvəlində Edward Snowden bəyan edib ki, ABŞ və başqa ölkə hökumətlərinin internetdə məşğul olduqları kütləvi güdmə, onun təbirincə, “internetin gələcəyini təhlükə altına alır”.

Avropa İttifaqının rəqabət məsələləri üzrə komissarı Neelie Kroes isə bəyan edib ki, dünyada milyardlarla insan internetə etibar etmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR