"WhatsApp" istifadəçilərini təhlükə gözləyir
Bizi izləyin

Texnoloji

"WhatsApp" istifadəçilərini təhlükə gözləyir

900 milyon üzvü ilə dünyanın ən fəal mesajlaşma proqramı olan "WhatsApp" istifadəçiləri böyük bir təhlükə ilə qarşı-qarşıyadırlar.

Modern.az-ın xəbərinə görə, bu təhlükənin əsas hədəfi Android telefonlarıdır. Belə ki, "WhatsApp"a bilinməyən nömrədən "hədiyyə qazandınız" şəklində spam mesajlar gəlir. Mütəxəssislər istifadəçiləri bu cür mesajlarla göndərilən linklərə daxil olmamağa çağırırlar. Çünki hakerlər bilinməyən nömrədən daxil olan bu mesajlardakı linkləri açanların telefonunu ələ keçirir və cihazı istifadəsiz hala salırlar.

Təhlükəsizlik mütəxəssisləri bu cür hücumdan ən az ziyanla yaxa qurtarmaq üçün belə mesajların o dəqiqə silinməsini və telefon nömrəsinin əngəllənməsini məsləhət görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm