iPhone örtüyü evdə hazırlana bilər
Bizi izləyin

Texnoloji

iPhone örtüyü evdə hazırlana bilər

Sürətlə inkişaf edən texnologiyanın son məhsullarından biri olan 3D printerlər, yeni bir dövrün qapısını açıb

Sürətlə inkişaf edən texnologiyanın son məhsullarından biri olan 3D printerlər, yeni bir dövrün qapısını açıb.

Ucuz xam maddə ilə evdə istənilən əşyanı təmir və ya hazırlamaq mümkün olacaq.
Ucuz xam maddələri əridib, müəyyən formaya salaraq istənilən əşyanı istehsal etmək artıq mümkündür. Məsələn iPhone örtüyü, oyuncaq və hətta şokolad kimi ehtiyaclar evdə istehsal oluna bilər.

Gələcəkdə isə süni orqan və ya ət kimi obyektlər bu cihazlarla hazırlana biləcək. 3D printerlərin satış qiymətləri təxminən 1000 dollardan başlayır. Printerlərin istifadəsi üçün nəzərdə tutulan xam maddənin 1kiloqramı isə 49 avro təşkil edir. Kabel olaraq istifadə olunan bu xammal, cihaz tərəfindən əridilir. Kompüterdə hazırlanan obyektlər, ərimiş xam maddə ilə şəkil alır. Məsələn, bir iPhone örtüyünün ağırlığı 15 qramdır. Bir kiloluq xam maddədən təxminən 70 ədəd iPhone örtüyü ixrac oluna bilər. Bazarda satılan 3-5 manatlıq bir iPhone örtüyü təxminən 0.5 qəpiyə bərabər olur.

3D printerləri istifadə etmək üçün bir dizayner və ya mühəndis olmağa ehtiyac yoxdur. Artıq 3D printerlər üçün veb saytlar hazırlanıb. Bu kimi saytlardan pulsuz olaraq dizaynlardan istifadə etmək mümkündür.
Bu texnologiya ilə başda toxuculuq və avtomobil olmaq üzrə bir çox sektorun istehsal modeli dəyişəcək. 3D printerlər hal hazırda bir hobbi cihazı kimi istifadə edilsə də gələcəkdə sənaye üçün ciddi bir istehsal sektoru halına çevriləcək. Mebellərin qırılan bir parçası və ya avtomobillərin qapı qolu bu printerlərlə çıxarıla biləcək.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm