Texnoloji
Əli Abbasov mobil operatorlara xəbərdarlıq etdi
“Nömrələrin daşınması çoxdan gözlənilən proses idi. Artıq bu proses uğurla həyata keçirilir, problem yoxdur və aktivlik get-gedə artmaqdadır”.
Publika.Az-ın məlumatına görə, bu sözləri Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
Nazir həmçinin nömrə daşınmasının qiymətlərin ucuzlaşmasına təsirinə də toxunub:
“Nömrə daşınması mobil operatorlar arasında rəqabət mühitini aktivləşdirir. Bunun nəticəsi bir müddət sonra hiss ediləcək”.
Nazir onu da əlavə edib ki, qiymətlərin aşağı salınması üçün başqa bir addım da atılıb:
“Bu ilin əvvəlindən mobil operatorlar arasındakı trafik
mübadiləsinin aşağı salınması üzrə qərar qəbul edilib. Bu da
müştəriyə verilən son xidmətlərdə öz təsirini göstərəcək. Təəssüf
ki, hələ üç operator da buna razılıq verməyib. Hesab edirik ki,
onlar bu barədə razılığa gəlməlidirlər. Çünki bu məsələ Tarif
Şurası tərəfindən müəyyən edilib, Nazirlər Kabinetinin bu
istiqamətdə qəbul etdiyi qərarlara uyğun aparılır. Onlar bu barədə
razılığa gəlməsə, biz qanuni bazadan istifadə edəcəyik. Onları
məcbur edəcəyik ki, mobil operatorlar arası trafik bizim qəbul
etdiyimiz qaydalara uyğunlaşsın. Bu da qiymətlərin aşağı düşməsinə
təsir edəcək”.
Gülxar
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək