Texnoloji
“YouTube”dan maraqlı xidmət gəlir
“Google” veb-korporasiyasına mənsub olan “YouTube” videohostinqi tezliklə ödənişli sxem üzrə işləyəcək musiqi xidmətini sınaqdan çıxarmağa başlayacaq.
“YouTube” videohostinqinin ödənişli musiqi xidməti yaratmağı planlaşdırdığı 2013-cü ilin payızında məlum olub.
O zaman xəbər verilmişdi ki, kompozisiyaları fərdi kompyuterlərdə və mobil qurğularda (smartfonlarda və planşetlərdə) dinləmək mümkün olacaq, abunə haqqı isə ayda təqribən 10 ABŞ dolları olacaq. Özü də istifadəçilər hər hansı reklamdan tamamilə xilas olacaqlar.
İndi “YouTube” videohostinqinin nümayəndələri bildirmişlər ki, yeni xidmət yayın sonunda işə salınacaq. Məlumdur ki, xidmət oflayn səsləndirmə üçün trekləri saxlamağa imkan verəcəkdir. İstifadəçilər həm ayrı-ayrı kompozisiyaları, həm də albomları dinləyə biləcəklər. “YouTube” videohostinqinin tərəfdaşları “yüzlərlə müstəqil naşir və aparıcı leybllərdir”.
Bir sıra şəbəkə mənbələrinin məlumatına görə, “YouTube” bir sıra studiyaların materiallarını öz ödənişsiz videohostinqində qadağan edə bilər. Bu, guya ödənişli musiqi xidmətinin işə salınması ilə əlaqədar yeni saziş bağlamaqdan imtina edən müstəqil səsyazma markalarına aiddir. Qeyd edildiyi kimi, “YouTube” videohostinqinin indiyədək əməkdaşlıq etdiyi studiyaların 95 faizi ilə razılaşma əldə olunmuşdur. /Azərtac/
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"