Texnoloji
“iPhone” xalq düşməni elan edildi
Çində maraqlı bir hesabat
açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Çinin ən böyük yayım
şirkətlərindən biri olan "CCTV" açıqladığı hesabatda “iPhone”un
ölkənin milli təhlükəsizliyi üçün qorxulu olduğunu bildirib və bir
növ "xalq düşməni" elan edib. Bunun səbəbi isə “iPhone”larda olan
"Frequent Locations" funksiyasıdır.
Bu funksiya, "iPhone" istifadəçilərinin ən çox
olduqları yerləri yazır və haraların sizin üçün əhəmiyyətli
olduğunu göstərir. Məsələn tez-tez getdiyiniz bir məkanı yaddaşıda
saxlayan cihaz, həftəsonları tez-tez getdiyiniz bu məkanı vaxtı
gəldiyində sizə xatırladır və "x saatda bu dükanda olmalısınız"
kimi bir tövsiyə edir. Bunu da daha əvvəlki təcrübələrinə
əsaslanaraq, yəni istifadəçi qeydlərini araşdıraraq həyata
keçirir.
Beləliklə Çinin narahatlığı da bu funksiya
vasitəsilə bütün Çin xalqının hər hərəkətinin qeyd edilməsi
şübhəsidir.
"Apple" hər nə qədər istifadəçinin məlumatı
olmadan bütün qeydlərin telefonda qalacağını söyləsə də, xüsusilə
ABŞ Milli Təhlükəsizlik İdarəsi (NSA) qalmaqalından sonra Çinin bu
məsələdə narahat olması təəccüblü deyil.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"