İnstagramda bacarıqlı işçilərə ehtiyac
Bizi izləyin

Texnoloji

İnstagramda bacarıqlı işçilərə ehtiyac

İnstagramda bacarıqlı işçilərə ehtiyac

İnstagramda bacarıqlı işçilərə ehtiyac Şirkətlər üçün İnstagramdan fotoşəkil paylaşanlar, 290 - 770 manat arasında pul qazanır. Artıq Türkiyədə İstagram üçün şəkil paylaşanların sayı artıb.

Bunlardan biri də, Sezgin Yılmaz –dır. S.Yılmaz bildirib ki, işimdən istefa etmişəm. Artıq İnstagram üçün çalışacam. Yılmaz, 2013-cü ildə İnstagrama ilk qatıldığı zamanlarda hər kəs kimi gündəlik fotoşəkillər paylaşırdı.

Ancaq universitetdə vizual rabitə üzrə təhsil alan Yılmaz, Instagramın bir peşə ola biləcəyini düşünüb. Sonradan insanların daha çox sevəcəyi fotoşəkilləri çəkməyə başlayıb.

Yılmaz, yeni bir peşənin doğuşunu bu şəkildə izah edir: “İlk dəfə İnstagrama girdiyimdə, pul qazanmaq ağılımdan ucundan belə keçmirdi. Ancaq xaricdə bəzi nümunələri gördükdən sonra İnstagrama baxışım dəyişdi.

Sonra işin Türkiyədə tuta biləcəyini görüncə ciddi bir iş başlatdım. İnstagramdakı məşhur fotoşəkillərin olduğu səhifələrə çox uzun müddət çalışdım. Sonda işimdən istefa edərək İnstagramda işləməyə başladım”.

Ümumiyyətlə, son zamanlarda internet üzərindən pul qazanmaq çox sadələşib. Reklamlar, sosial şəbəkələr, qruplara üzv olmaq və s. kimi işlər ən asan pul qazanmaq kimi qiymətləndirir.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm