Texnoloji
Hakerlər Yahoo! istifadəçilərinin parollarını oğurlayıblar
Amerikanın transmilli internet-qiqantı Yahoo! elektron poçt istifadəçilərin loginlərinin və parollarının oğurlanması barədə məlumat verib.
Oğurlanmış məlumatlar Yahoo! poçt servisinin istifadəçilərinin
akkauntlarına icazəsiz müdaxilədə istifadə olunublar. Lakin şirkət
bildirmir ki, məhz nə qədər istifadəçilərin akkauntları
cinayətkarların əməllərindən zərər çəkib.
"Görünür ki, cinayətkarlar tərəfindən haker hücumları nəticəsində
alınan məlumatlar, istifadəçilərin adlarından və müvafiq
parollardan ibarətdir", - Yahoo!-nun məlumatında deyilir.
Yahoo! nümayəndələri hesab edirlər ki, istifadəçilərin loginləri və
parolları şirkətin öz sistemindən yox, üçüncü tərəfə məxsus məlumat
bazasından oğurlanıb.
Yahoo! həmçinin zərərçəkən akkauntların parollarının dəyişdirilməsi
və yeni hücumların qarşısını alınması üçün "əlavə tədbirlərin
istifadəsi" haqqında məlumat verib.
Şirkət əlavə məlumat təqdim etməyib. Yahoo!-nun rəsmi məlumatında
bildirilir ki, ABŞ-ın federal hüquq mühafizə orqanlarının
əməkdaşları məlumatların oğurlanması barədə işə cəlb olunublar.
/Trend/
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü