“Twitter”in ölənlərlə bağlı qərarı
Bizi izləyin

Texnoloji

“Twitter”in ölənlərlə bağlı qərarı

Bu günə kimi hər hansı istifadəçi dünyasını dəyişdikdə qohumları onun hesabını bağlamaq xahişi ilə "Twitter" administratorlarına müraciət edirdilər. Bunun üçün istifadəçi adına məlumatları, ölüm haqqında şəhadətnamə və ərizəçinin şəxsiyyətini təsdiqləyən sənədin surətini, eyni zamanda qohumluq dərəcəsinə dair ərizəni sosial şəbəkəyə təqdim etmək tələb olunurdu.

Publika.az-ın İTİ-nin saytına istinadən məlumatına görə, indi isə "Twitter"ə vəfat etmiş istifadəçinin şəkilləri və videogörüntülərini silmək imkanı olan bölmə əlavə olunub. Buna səbəb iki hadisənin baş verməsidir. Öncə Robin Uilyamsın qızı 25 yaşlı Zelda Uilyams atası ilə bağlı çoxsaylı təhqiramiz ifadələrə məruz qaldığından "Twitter" hesabını bağlamaq məcburiyyətində qalmışdı.

Bundan əlavə, "Twitter"in administrasiyası şəbəkədə amerikalı jurnalist Ceyms Foulinin İraqda öldürülməsilə bağlı video və şəkillərin yayılmasının qarşısını almışdı.

Həmçinin sosial şəbəkədən bildiriblər ki, foto və video kontentlərin silinməsi haqqında müraciətlərin hamısına baxılmayacaq. Xidmət bu halda, əhəmiyyətli hadisələrə ictimai maraq və informasiya azadlığı kimi amilləri nəzərə alacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm