“Google”da təhlükə yarandı
Bizi izləyin

Texnoloji

“Google”da təhlükə yarandı

İnternet axtarış sistemi “Google”un elektron məktub hesabı olan “Gmail” hakerlərin hücumu ilə üzləşib.

ANS PRESS-in məlumatına görə, Rusiyada internet saytlarının birində “Gmail” qeydiyyatı olan 5 milyon akkaunta aid e-mail ünvanları və şifrləri yayımlanıb.

“Gmail” istifadəçilərinə xəbərdarlıq edən “Google” şirkəti istifadəçilərin təcili şəkildə şifrlərini yeniləmələrini istəyib. Açıqlamada bildirilir ki, oğurlanan akkauntların əksəriyyəti “Gmail”I ingiliscə, rusca və ispanca istifadə edən üzvlərə aiddir.

Bundan başqa, oğurlanan şifrlər sadəcə “Gmail”də deyil, eləcə də “Google”un electron ödəmə platform olan “Google Wallet”I da əhatə edir.
Hakerlərin hücumuna məruz qalan 5 milyon akkauntun 60%-nin aktiv olduğu düşünülür.

Məsələ ilə bağlı açıqlama verən şirkət şifrlərin “Google”a aid platformalardan oğurlanmadığını iddia edib.

Qeyd edək ki, ötən gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycan cəmiyyətinə qarşılaşa biləcəyi təhlükə ilə bağlı xəbərdarlıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm