Texnoloji
Smartfonların internet sürəti yüz dəfə artacaq
Artıq smartfonlarda internet sürəti qat-qat çox
olacaq.
ANS PRESS-in məlumatına görə, bu yeni icad edilmiş element olan
qrafen vasitəsilə həyata keçəcək. Məsələ ondadır ki, bu element
məlumat axınını müasir smartfonlarla müqayisədə daha sürətli
ötürür.
Lakin bu hələ yeni icadın son özəlliyi deyil. Çoxfunksiyalı element
digər yüksək-texnologiya vasitələrində də istifadə olunacaq.
Qrafen poladdan möhkəmdir və çox nazik olduğuna görə ikiölçülü
hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu
da kağızdan bir milyon dəfə nazikdir. 10 il əvvəl – 2004-cü ildə
kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon
atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı
və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı
sayəsində bu material görünən işıq üçün, demək olar, tam şəffafdır
və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün çox
perspektivli sayılır.
Bundan başqa, gələcəkdə elementin əsasında yaradılacaq qurğular
zədələrə hazırda istifadə edilən qurğulardan daha davamlı
olacaq.
Qrafen Böyük Britaniyada icad edilib və artıq ölkədə yeni elementin
praktiki tətbiqi üzrə 2012-ci ildə yaradılan Milli Qrafen İnstitutu
da mövcuddur. Buna baxmayaraq sərfəli elementin öyrənilməsi dünya
ölkələrini qane etmir.
Böyük Britaniyanın maliyyə naziri Corc Osborn ölkədə qrafendən
istifadənin tətbiqi üsullarının öyrənilməsi üzrə ikinci mərkəzin
yaradılmasını bəyan edib.
Belə ki, maliyyə naziri İnnovativ Qrafen Mühəndisliyi Mərkəzinin
təsis edilməsinə 60 milyon funt-sterlinqin (97 milyon dollar)
ayrılmasını bildirib. Bu məbləğin 20 milyon funt-sterlinqi (32,5
milyon dollar) Böyük Britaniya dövlət büdcəsindən daxil olacaq. 30
milyon funt-sterlinq (48,5 milyon dollar) Əbu Dabidə fəaliyyət
göstərən “Misdar” şirkəti (bərpa olunan enerjinin inkişafı ilə
məşğul olur) tərəfindən ayrılacaq. Daha 10 milyon funt-sterlinq (16
milyon dollar) Massaçusets Universitetinin Avropa Regional İnkişaf
Fondundan (ERDF) aldığı vəsaitlərdən yönəldiləcək.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim