Evdə oturmaqla 11 milyon dollar qazanır
Bizi izləyin

Texnoloji

Evdə oturmaqla 11 milyon dollar qazanır

ABŞ əsilli pərakəndə satış bölmələrindən 40 milyon kredit kartın məlumatlarını oğurlayıb

2007-ci ildə ukraynalı Maksim Yasterimski dünyanın ən məhsuldar kredit kart hakeri olub.

ABŞ əsilli pərakəndə satış bölmələrindən 40 milyon kredit kartın məlumatlarını oğurlayıb. Bu isə 11 milyon dollar pul eləyirdi.

Publika.az CNN-ə istinadən xəbər verir ki, Maksim 2008-ci ildə ABŞ Təhlükəsizlik Xidmətinin şəbəkəsində aşkar edildikdən sonra Türkiyədə yaxalanıb. Onlar bunu aşağıdakı kimi ediblər:

Yasterimski bir neçə hakerlə birgə məlumatları da oğurlayırmış və bəzən əsas pərakəndə satış şəbəkələrinə birbaşa zərərverici proqramlar da yerləşdirirdi. Kartdan istifadə edən zaman sahibkarın bütün məlumatları cinayətkarların əllərinə keçirdi.

Cinayətkarın yaxalanması və cinayət işinin qaldırılması üçün polis agenti Yasterimski ilə şəxsən görüşməyə qərar verdi. Bu vaxtadək onların əlaqələri onlayn vasitəsilə baş tuturdu və Yasterimski internetdə Maksiç adı ilə tanınırdı.

Təhlükəsizlik Xidmətində çalışan adı çəkilmçəyən polis agenti deyir ki, onlar bir neçə dəfə Cənub Şərqi Asiyada və Orta Şərqdə görüşüblər. “Dost naminə həm işgüzar, həm də əyləncə xatirinə görüşərdik. Biz çimərlik paltarlarımızı geyinər, çimərlikdə söhbət edər, paraseylinqlə məşğul olardıq.”

Təhlükəsizlik Xidməti kifayət qədər məlumat topladıqdan sonra həbs etmək üçün plan cızır. Bu Türkiyədə türk polisinin köməkliyi ilə baş tutdu. Təhlükəsizlik Xidmətində çalışan agent və Yasterimski birgə istirahət mərkəzlərinin birində idilər və plan gecə klubda həyata keçirildi.

Onunla ünsiyyətdə olduğu müddətdə, agent bildirib ki, heç bir təhlükə hiss etməyib.

Agent qeyd edib: “Onlar küçədə və həmçinin metroda rastaşdığınız adi insanlar kimidirlər.Onlardan heç biri mafiya üzvü və ya böyük cinayətkar obrazını yaratmırlar”.

İndi Yasterimski kredit kart oğurluğuna görə Türkiyə həbsxanasında 30 il yatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm