Texnoloji
3D oyunları insan üçün zərərlidi
ABŞ mütəxəssisləri 3D oyunların insanın psixikasına təsirini öyrəniblər.
Publika.az xəbər verir ki, alimlırin rəyinə görə, 3D oyunları insan psixologiyası üçün zərərlidir. Belə ki, oyunlar gerçəyə bənzədikcə, oyunçular reallıq ilə virtual məkan arasındakı əlaqəni itirirlər. Nəticədə 3D əlavəli müasir oyunların əksəriyyəti oyunçuya öz möhürünü vurur. Cürbəcür zorakılıq səhnələri oyunçunun aqressivlik hissini gücləndirir.
Alimlər populyar GTA IV oyunu ilə eksperiment aparıblar. Video oyun həvəskarlarının bir hissəsi vaxtını oyun əlavəsinin və adi televizorun qarşısında keçirib, ikinci qrup isə 3D funksiyasını işə salaraq, maşınqaçırma simulyator oyunu oynayıb.
Tədqiqatın nəticələrinə görə, birinci qrup ilə müqayisədə ikinci qrup daha aqressiv olub. Alimlər hesab edir ki, müasir oyunların keyfiyyətinin artması oyunçuların psixikasına pis təsir göstərir. Gerçəkliklə kompyuter əyləncəsi arasında həddin itirilməsi yeniyetmənin formalaşmaqda olan sinir sistemi üçün təhlükəli amildir.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"