Texnoloji
“Apple” avtomobilin mobil qurğudan idarə edilməsini patentləşdirib
“Apple” şirkəti “iPhone” smartfonundan avtomobilin idarə edilməsi texnologiyasını patentləşdirib.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın patent qurumunun saytında informasiya dərc edilib.
Patentin mətninə əsasən, texnologiya avtomobilin yeri haqqında siqnalın mobil qurğuya ötürülməsini nəzərdə tutur. Bundan sonra qurğu nəqliyyat vasitəsinədək olan məsafəni və onun yerləşməsini müəyyənləşdirir. Cihaz lazımi mövqedə yerləşdikdə avtomobilin funksiyalarına (məsələn, qapıların bloklanması və ya blokdan çıxarılması, salonun qızdırılması) giriş əldə edir.
2014-cü ilin martında “Apple” şirkətinin elan etdiyi “CarPlay” funksiyası “iPhone” smartfonunu avtomobilin multimedia sistemi ilə inteqrasiya etməyə imkan verib. Şirkətdən bildirilir ki, “Ferrari”, “Mercedes-Benz”, “Volvo” və başqa istehsalçılar yeni texnologiyanı dəstəkləyir.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?