Texnoloji
Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb
2014-cü ildə Azərbaycanın İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2% artaraq 1,7 milyard manatı ötüb.
Trend-in məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasında qeyd edilib.
Bildirilib ki, hazırda ölkə əhalisinin 73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Həmçinin, Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 15,2% üstələyir.
2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb ki, bu da ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir.
Eyni zamanda, rəqəmli TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?