Texnoloji
Yaponiya kosmosa növbəti süni peyk göndərdi
Fevralın 1-də Yaponiya yeni kəşfiyyat süni peykini uğurla
kosmosa çıxarıb. Süni peykin “H-2A” raketdaşıyıcısından ayrıldığı
bildirlir.
Bu, yerətrafı orbitdə Yaponiyanın artıq beşinci kəşfiyyat süni
peykidir. Əvvəlki süni peyklərin ikisi optik, digər ikisi isə
radarla müşahidə qabiliyyətinə malikdir.
Süni peyki daşıyan raket Yaponiyanın cənubundakı Kaqoşima
prefekturasında yerləşən Taneqaşima kosmodromundan yerli vaxtla
saat 10:21-də start götürüb. Süni peyki orbitə Yaponiya kosmik
agentliyi JAXA-nın “Mitsubishi Heavy İndustries” şirkəti ilə
birlikdə hazırladığı ikipilləli “H-2A” raketdaşıyıcısı çıxarıb.
Yeni peykdəki radar qurğuları Yer üzərindəki obyektləri həm
buludlar üzərindən, həm də gecə saatlarında müşahidə etməyə imkan
verəcək.
Cari ilin martında JAXA daha bir kəşfiyyat süni peykinin kosmosa
buraxılmasını planlaşdırır.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR