Sim-kartlar elektron formada satılacaq
Bizi izləyin

Texnoloji

Sim-kartlar elektron formada satılacaq

Azərbaycanın mobil operatorları üçün Sim-kartların elektron formada satışını təşkil etmək məcburi olacaq.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbənin məlumatına görə, bu, Nazirlər Kabinetinin "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyulda verilmiş 131 nömrəli qərarına ediləcək dəyişiklikdən sonra mümkün olacaq.

Qeyd edilib ki, hökumətin qərarına edilməsi nəzərdə tutulan dəyişikliklərə, həmçinin MNP (mobil nömrələrin daşınması) xidmətinin elektron formada təşkilinə dair əlavənin olması, vətəndaşların məlumatı ilkin mənbədən alması və s. daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm