Dünya
Ərdoğandan ŞOK müharibə anonsu: atəşkəs ləğv olunur
“Biz demokratik mərhələ prosesini başladıq. Bu, hökumətin səmimi niyyəti idi. Vaxt keçdikcə bunu milli birlik və qardaşlıq layihəsi səviyyəsinə qaldırdıq. Lakin “həll müddəti” prosesinin başlandığı vaxtlardakı vəziyyət dəyişib”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə
Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində “həll müddəti”
prosesindən sui-istifadə hallarına yol verildi: “Parlament
seçkilərində bunun böyük zərər gördüyünün şahidi olduq. Artıq indi
ortada fakt var. Bu ölkədə milli birliyimizə, qardaşlığımıza qəsd
edənlərlə “həll müddəti” prosesini davam etdirmək artıq mümkün
deyil. Əsas olan milli birlikdir”.
Ərdoğan ABŞ ilə Türkiyənin Suriyada “təhlükəsiz zona” yaratması
haqda yayılan məlumatlara da toxunub: “Obama ilə telefon
danışığında “təhlükəsiz zona” yaradılması haqda məsələləri ətraflı
müzakirə etdik. Bu zona Türkiyədə olan suriyalıların öz ölkələrinə
dönməsinə şərait yaradacaq”.
Türkiyə Prezidenti MHP başqanı Dövlət Baxçalının HDP-nin
bağlanması təklifinə münasibət bildirib.
“Mən hansısa partiyanın bağlanmasını müsbət qarşılamıram. Lakin bu partiyanın idarəçiləri bir-bir cavab verməlidir. Konstitusiyanın 14-cü maddəsi çox şeyləri təmin edir. Toxunulmazlıq statusundan sui-istifadə edən, terror təşkilatını özünə arxa bilən, “biz arxamızı ora-bura dayayırıq” deyənlər bu ifadələrin cavabını verməlidir”, - deyə Ərdoğan diqqətə çatdırıb.
Asif Nərimanlı
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"