Aparıcı efirdə müğənnini pərt etdi – FOTOLAR
Bizi izləyin

Magazin1

Aparıcı efirdə müğənnini pərt etdi – FOTOLAR

“Space”-in “Görüş yeri” verilişində bir araya gələn Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının dosenti Eyyub Quliyev, müğənni Manaf Ağayevlə Vüqar Muradov musiqi zövqündən danışıblar.

Publika.az xəbər verir ki, bayağı musiqilərin zövqlərə mənfi təsirindən söz açan verilişin aparıcısı Tahirə Məmmədqızı qonağı Vüqar Muradovun ifasında səhv tutub.

Belə ki, Vüqar Muradovun italyan musiqisi kimi təqdim etdiyi mahnı bitdikdən sonra aparıcı Tahirə Məmmədqızı müğənninin ifa etdiyi mahnının italyan yox, klassik ispan musiqisi olduğunu bildirib.

Bununla bağlı aparıcı dirijor Eyyub Quliyevə üz tutaraq “Eyyub müəllim, əgər səhv edirəmsə, səhvimi düzəldin, Vüqarın ifa etdiyi musiqi ispan musiqisidirmi?” soruşub. Eyyub Quliyev də aparıcının dediklərini təsdiqləyərək, Vüqar Muradovun yanlışlığa yol verdiyini təsdiqləyib.

Qeyd edək ki, “Görüş yeri” verilişi “Space”-də həftəiçi hər gün saat 11.00-da efirə yayımlanır. Verilişin informasiya dəstəyi Publika.az saytıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm