21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
Bizi izləyin

Qırmızı.az

21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi 2015-ci ilin birinci yarımilində təmin olunub.

Publika.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verir ki, bu barədə baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş bugünkü geniş əməliyyat müşavirəsindəki məruzəsində bildirib.

2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub.

Tələb edilmişdir ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm