Əfqanıstanın cənubunda döyüşlər gedir: 150 ölü
Bizi izləyin

Dünya

Əfqanıstanın cənubunda döyüşlər gedir: 150 ölü

Əfqanıstanın cənub Helmənd bölgəsində qızğın döyüşlər gedir. Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin yardımı ilə yerli milli təhlükəsizlik qüvvələri Talibanın irəliləməsinə mane olmağa çalışır.

Publika.az xarici KİV-lərə istindən xəbər verir ki, döyüşlər zamanı 150 yaraqlı öldürülüb. Bir o qədər terrorçunun da yaralandığı deyilir.

Bu həftənin əvvəlində Taliban strateji mahiyyət daşıyan Musa Qala bölgəsinin bir hissəsini ələ keçirib. Qarşıdurmalar zamanı 35 əfqan əsgəri həlak olub. Qrup paytaxt Ləşgərgaha çıxış əldə etməyə çalışır.

NATO ABŞ-ın qırıcı təyyarələrinin yaraqlıların mövqelərini atəşə tutduğunu təsdiq edib.

Taliban Navzad vilayətini də nəzartində saxlayır.

İslamçı yaraqlılar 2014-cü ilin dekabr ayından NATO-nun missiyasının başa çatmasından sonra bəzi irəliləyişlərə nail olub. Əfqanıstan ordusu ciddi itkilər verib. Lakin qrup ələ keçirdiyi ərazilri uzun müddət nəzarətində saxlaya bilmir.

Əfqanıstan prezidenti Əşrəf Qaninin münaqişənin müzakilələr yolu ilə həlli səyləri nəticə verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm