Kiyev “Krım. Vətənə yol” filminə cavab verəcək
Bizi izləyin

Dünya

Kiyev “Krım. Vətənə yol” filminə cavab verəcək

Ukraynanın telekanallarında tezliklə “Krım haqqında həqiqət” filmi nümayiş etdiriləcək.

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk hökumətin iclasında bildirib.

Ukrayna filmi Rusiyanın “Krım. Vətənə yol” filminə cavab olacaq.

İyunun sonunda Ukraynanın baş naziri bildirib ki, Kiyev üç dəfə “Oskar” mükafatı laureatı olan məşhur rejissorla Krım haqqında filmin çəkilişləri haqqında danışıqlar aparır. Ancaq rejissorun adı açıqlanmayıb. Yasenyuk əlavə edib ki, film bütün dillərdə və 2015-ci ilin sonuna kimi ekranlara çıxacaq.

Qeyd edək ki, “Krım. Vətənə yol” sənədli filmi 2015-ci ilin mart ayında ekranlara çıxıb. Filmdə Rusiya prezidenti Vladimir Putin yarımadanın Rusiyaya birləşməsi ərəfəsində baş verən hadisələrdən danışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm