Hadisə
Gömrükçülər Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısını aldılar
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 180 həbdən ibarət psixotrop maddənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
DGK-dan Publika.az-a verilən məlumata görə, idarənin əməkdaşları Tehran-Bakı aviareysi ilə gələn sərnişin Qurbanova Təhminə İsmayıl qızının baqajına müvafiq qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçiriblər. Yoxlama zamanı üzərində “Alprazolam 0.5 mq” sözləri yazılmış, 2 ədəd dərman qutularına qablaşdırılan 18 ədəd konvalyutda açıq çəhrayı rəngli 180 ədəd həb aşkar olunub.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə Qurbanova Təhminə İsmayıl qızında aşkar edilən həblər zavod üsulu ilə hazırlanan “Alprazolam” adlı dərman preparatıdır və bu dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına daxildir.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO