Nida.az
Novruz Məmmədov: “Dağlıq Qarabağ münaqişəsi geosiyasi oyunların “bəhrəsidir”
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyədə ingilis dilində nəşr olunan “Caucasus İnternational” jurnalına müsahibə verib.
Publika.az xəbər verir ki, PA rəsmisi
müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, regionda baş verən siyasi
proseslər, həmçinin Qərbin yanlış siyasətini şərh edib.
N. Məmmədov bildirib ki, beynəlxalq aləmdə Dağlıq Qarabağ
münaqişəsinin sanki “dondurulmasına” cəhdlər var: “Bir çox hallarda
bu münaqişəni israrla “dondurulmuş münaqişə” adlandırırlar. Cəbhə
xəttində baş verənlərdən narahat olduqlarını diqqətə çatdıran
beynəlxalq ictimaiyyət isə münaqişənin əsl səbəblərini araşdırmaq
əvəzinə, vəziyyətin “dondurulması”na cəhdlər edir. Münaqişənin
həllinə məsul olan ATƏT-in Minsk qrupunu regiona səfəri isə sanki
“turist səfəri”dir. İndiyə qədər ortada ciddi nəticə yoxdur və bu
nə vaxta qədər belə davam edəcək?”
Münaqişənin tarixi və Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının işğal faktından danışan PA rəsmisi qeyd edib ki,
Dağlıq Qarabağ münaqişəsinin yaranması geosiyasi oyunların
“bəhrəsidir”. Onun sözlərinə görə, belə oyunlar davam etdiyi dövrdə
münaqişə həll olunmayacaq.
“Moldova, Gürcüstan və Ukraynada baş verənlər də məhz bunun
təzahürüdür. Minsk qrupu nə işə məşğuldur? Onlar sadəcə olaraq
regiona səfər edir və fəaliyyət görüntüsü yaradırlar. Doğrudur,
həmsədrlər müəyyən səy göstərir, bəyanatlar, təkliflər
səsləndirirlər. Amma irəli sürülən təşəbbüslərə də Ermənistan
tərəfi maneələr yaradır. Görünür, vəziyyətin belə davam etməsi
müəyyən dairələrə sərf edir. Münaqişənin həlli faktiki olaraq,
Minsk qrupunun monopoliyasına çevrilib. Hər dəfə münaqişənin həlli
ilə bağlı hansısa müstəvidə əməli addımlara səy göstəriləndə,
“bununla Minsk qrupu məşğul olur” deyə mövqe bildirilir. Digər
tərəfdən isə həmsədrlərdən qəti mövqe tələb olunanda, “problemi
münaqişə tərəfləri özləri həll etməlidirlər və biz istənilən həll
variantını dəstəkləyəcəyik” kimi yanaşmalar sərgiləyirlər”, - deyə
PA rəsmisi bildirib.
N. Məmmədov vasitəçilik missiyasının mahiyyətində dəyişikliyə
ehtiyac olduğunu diqqətə çatdırıb: “Ermənistan işğalçı ölkə
olduğunu etiraf etməli və təcavüz siyasətindən əl çəkməlidir. Lakin
biz bunu müşahidə etmirik. Danışıqların bu səviyyədə davam etməsi
rəsmi Bakını qane etmir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dəfələrlə bəyan edib ki, danışıqlar naminə danışıqlar
aparılmayacaq, Azərbaycan heç bir vaxt torpaqlarının bir qarışının
da erməni işğalı altında qalmasına razı olmayacaq və gec-tez öz
torpaqlarını azad edəcək. Bununla bağlı həm sülh yolu, danışıqlar
yolu, həm də bütün başqa yollar öz qüvvəsində qalır. Hesab edirəm
ki, həm Ermənistanın, həm də Minsk qrupu həmsədrlərinin bu reallığı
dərk etməsi bütün tərəflər üçün faydalı olar”.
N. Məmmədov müsahibəsində beynəlxalq münasibətlər sistemində
yaranmış çatlardan da bəhs edib. Bildirib ki, Qərbin özünün səbəb
olduğu və yaratdığı proseslər sonradan özünə qarşı çevrilir.
Müsahibənin orijinalı ilə bu linkdə tanış ola bilərsiniz: (http://cijournal.az/post/colloquy-with-novruz-mammadov-on-crises-of-international-law-and-governance-causes-and-consequences-102)
Asif Nərimanlı
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO