NATO-nun Yaxın Şərq üzrə xüsusi qrupu toplanır
Bizi izləyin

Dünya

NATO-nun Yaxın Şərq üzrə xüsusi qrupu toplanır

Noyabrın 26-27-də İtaliyanın Florensiya şəhərində NATO Parlament Assambleyasının Aralıq dəniz və Yaxın Şərq Xüsusi Qrupunun görüşü keçiriləcək.

Səkkiz sessiyada müzakirələrin aparılacağı tədbirdə beynəlxalq terrorizm, miqrant böhranı, Avropa-Yaxın Şərq münasibətləri, terrorizmin maliyyələşdirilməsi, Yaxın Şərq və Şimali Afrikada enerji perspektivləri, Liviya böhranı və digər mövzular diqqət mərkəzində saxlanılacaq.

İlk sessiyada regional və beynəlxalq təhlükəsizliyə böyük hədə olan İŞİD-in fəaliyyətinə dair hesabat müzakirə olunacaq. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerininin videobağlantı ilə Brüsseldən tədbirə qoşulacağı gözlənilir.

Tədbirin keçiriləcəyi “Vecchio” sarayında yüksək təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm