Əhməd Davudoğlu Bakıya gəlir
Bizi izləyin

Nida.az

Əhməd Davudoğlu Bakıya gəlir

Bu il dekabrın 3-də Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri nəzərdə tutulub.

Publika.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, Türkiyə baş nazirinin Bakıya səfəri zamanı keçiriləcək görüşlərdə ikitərəfli və regional əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı müzakirələr aparılması gözlənilir.

M.Çavuşoğlu deyib ki, bu, Əhməd Davudoğlunun Türkiyədə keçirilən 1 noyabr seçkilərindən sonra ilk xarici rəsmi səfəri olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm