ISESCO-nun baş direktoru Heydər Məscidində – FOTOLAR
Bizi izləyin

Nida.az

ISESCO-nun baş direktoru Heydər Məscidində – FOTOLAR

Noyabrın 27-də İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri və qurumun Baş Konfransının 12-ci sessiyasının iştirakçısı olan qonaqlar Bakıda Heydər Məscidini ziyarət ediblər.

Publika.az xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini və Heydər Məscidinin direktoru Hacı Sabir Həsənli iştirak edib.

Qonaqlar Heydər Məscidi ilə tanış olub, məsciddə ehtiram namazı qılıblar.

Məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı olan Heydər Məscidi Qafqazın ən böyük məscididir. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscidin minarələrinin hündürlüyü 95 metrdir.

Fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb.

55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən, hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

Bildirilib ki, son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilib və ya təmir edilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə sağlam zəmində qurulan dövlət-din münasibətləri, dini adət-ənənələrimizə sadiqlik bu gün də davam etdirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm