Türkiyədən sərt cavab: boğazlar Rusiyanın üzünə bağlanır – SƏNƏD/VIDEO
Bizi izləyin

Dünya

Türkiyədən sərt cavab: boğazlar Rusiyanın üzünə bağlanır – SƏNƏD/VIDEO

Türkiyə İstanbul boğazlarını Rusiyanın hərbi gəmilərinin üzünə bağlaya bilər.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ və Yuqoslaviya ilə imzaladığı Montrö Boğazlar Razılaşması Ankaraya döyüş gəmilərini boğazlardan buraxmamaq hüququnu verir.

Türkiyə nəşrinin xəbərinə görə, Ankara Rusiyanın Türkiyəyə qarşı sanksiyaları rəsmiləşdirməsindən sonra atılacaq əks addımları nəzərdən keçirməyə başlayıb. Bu addımlardan biri də boğazların Rusiya gəmilərinin üzünə bağlanılması ola bilər.

Müqavilə müharibə və ya müharibə təhdidi olacağı halda Türkiyəyə əhəmiyyətli imkanlar verir. Sülh dövründə müəyyən qaydalara riayət etməklə ticarət və döyüş gəmilərinin boğazlardan keçməsinə icazə verən müqaviləyə görə, müharibə dövründə Türkiyə döyüşən ölkə olarsa, hərbi gəmilərin boğazlardan keçməsi ilə bağlı istədiyi kimi davrana bilər. Eyni şərtlər Türkiyənin özünü “döyüş təhdidi” qarşısında olduğunu elan etməsi vəziyyətində də tətbiq oluna bilər.

Ancaq bu qayda bir şərtlə bağlıdır. “Döyüş təhdidi” səbəbiylə boğazların bağlanılması barədə qərar Millətlər Cəmiyyəti Şurasının 3-də 2-i tərəfindən təsdiqlənməli idi. İkinci Dünya Müharibəsindən sonra Millətlər Cəmiyyəti Şurası Birləşmiş Millətlər Təşkilatına çevrilib, amma bu qaydanın necə tətbiq olunacağı hələ də məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm