Dünya
T-90A-lar Hələb döyüşlərində - VİDEO
Suriya dövlət televiziyası Hələbdə gedən son döyüşlərdən videoyazı nümayiş etdirib.
Publika.az xəbər verir ki, videoyazıda Suriya ordusunun Rusiya istehsalı olan T-90A tanklarından istifadə etdiyi görünür.
T-72B və T-90-ların ilkin modellərin tökmə qalalarından vizual fərqlənən qaynaq olunmuş qala T-90A tankının əsas xarici əlamətidir.
Qeyd edək ki, 3 gün əvvəl "Hərbi informator" portalı Bəşər Əsəd güclərinin Suriyanın Hələb vilayətində apardığı əməliyyatlarda Rusiyadan hərbi dəstək kimi aldığı 15 ədəd T-90 tankından istifadə etdiyini yazıb. Portalın məlumatına görə, Rusiya tanklarını Suriya ordusunun elit bölmələri alıb. Bu bölmələr hazırda Hələb vilayətində Rusiyanın hava güclərinin dəstəyi ilə müxalifət qüvvələri və İŞİD-ə qarşı döyüşürlər.
T-90 tankarının ekipajları Suriyanın quru qoşunlarının hərbi qulluqçularından ibarətdir. Onlar adətən T-72 tanklarının istismar təcrübəsinə malikdirlər və T-90-ların istifadəsi üçün əlavə kurslardan keçiblər. Portal həmçinin bildirir ki, T-90 tanklarının vurulması üçün İŞİD döyüşçülərinə böyük mükafat təyin edib.
Məlumata görə, T-90 tankları ilk dəfə 2015-ci ilin noyabr ayının sonunda Hələbdə görünüb.
Ömər Dağlı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO