İlhamə Quliyeva: “Gedib su içsinlər!”
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva: “Gedib su içsinlər!”

"Özünü sənətkar hesab edib ona-buna lağ edənlər var. Başqalarını müzakirə edənlər gedib güzgüyə baxsın, görsün nəyə oxşayır. Kimi müzakirə edirsən? Get tərcümeyi-halını vərəqlə, gör sən kimlərdən danışırsan. Bir kəs başından böyük danışıb deyə bilməz ki, İlhamə qanun qoya bilməz. Qanun qoyanın ən yuxarısıyam mən. Qanunum kimi qane etmir, gedib su içsin”.

Bunu xalq artisti İlhamə Quliyeva “ATV Maqazin onlarla” verilişində müğənniləri geyiminə görə tənqid edərkən deyib:

“Bəziləri altdan şortik, üstündən şifon bir paltar geyinib efirə çıxır. Muğam ifaçısı bunu edə bilməz. Bu, müasir ifaçılara yox, estrada ifaçılarına yaraşar. Belə geyimdə efirdə iri planda göstəriləndə beldən aşağı paltarsız görünür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm