Ekopublika.az
12 əmanətçiyə 150 min manat ödəndi
Bu günə qədər "Bank of Azerbaijan" ASC-nin əmanətləri sığortalanmış əmanətçilərinə ümumilikdə 16 mln. manat həcmində kompensasiya ödənilib.
Publika.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.
A.Cavadov qeyd edib ki, "Gəncəbank" ASC üzrə indiyədək yalnız 12 müştəri əmanəti üzrə kompensasiyanın alınması üçün müraciət edib: "Bu vaxta qədər "Gəncəbank"ın cəmi 12 əmanətçisi müraciət edib və onlara ümumilikdə 150 min manat ödənilib”.
O, həmçinin, qeyd edib ki, “Texnikabank" ASC-nin müştərilərinin dəqiqləşdirilməsi prosesi davam edir. İlkin hesablamalara görə, bu bankda 66 min əmanətçinin 79 mln. manat əmanəti var: "Hazırda 66 min əmanətçinin hesablamalarının dəqiqləşdirilməsi aparılır. Biz cümə axşamı ərizələrin qəbuluna başlayacağıq. Bu bank böyük olduğu üçün Himayəçilik Şurasının iclası çağırılacaq. Bildiyiniz kimi, "Muğanbank", "Unibank", "Rabitəbank" və "Kapital Bank" agent banklardır. Yəqin ki, "Texnikabank"ın əmanətçilərinə kompensasiyaların verilməsinə 4 bank cəlb ediləcək".
İqtisadiyyat şöbəsi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR