Qırmızı.az
Doğum evinin xəstələrdən qəribə tələbi - ZAQATALADA - FOTO
Zaqatalada doğum evinin giriş hissəsində yerləşdirilən elan hər kəsin təəccübünə səbəb olub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həmin
elanda doğum şöbəsinə üz tutan xəstələrə müəyyən dərman və tibbi
ləvazimatları özləri ilə gətirməyin vacib olduğu bildirilir.
Xəstələrə özünü tibb işçisi kimi təqdim edən xanım məlumatın baş
həkimin tapşırığı əsasında divara vurulduğunu deyir: “Əlbəttə, baş
həkim deyib, o deməsə, bunu vurmağa kimin ixtiyarı var?”
Tibb işçisinin bu lövhənin vurulmasına baxmayaraq, xəstəxanada təchizatın yüksək səviyyədə olduğunu söyləməsi isə orada olan xəstələrin narazılığına səbəb olub.
“Niyə elə deyirsiz? Nəinki iynə-dərman, hətta döşəkağı, yastığa
qədər özümüz gətirmişik. Siz bizə dediniz heç nəyimiz yoxdur, hər
şeyi özünüzlə gətirin, biz də gətirdik”, - deyə xəstələrdən biri öz
etirazını bildirib.
“Mən əməliyyat yolu ilə uşaq dünyaya gətirdim. Hər şeyi, narkozu
da yoldaşıma aldırdılar”, – deyən digər xəstə Arzu Abdullayeva
bildirib.
Qeyd olunanlarla bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsa da, baş həkim ANS əməkdaşına məlumat verməkdən imtina edib. Sualları cavablandıran doğum şöbəsinin müdiri iynə-dərman təchizatının yüksək səviyyədə olduğunu bildirib.
ANS əməkdaşlarının çəkiliş aparmasından az sonra həmin elan
vurulduğu yerdən götürülüb.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”