İdman
Azərbaycan Rusiyayla üz-üzə
Bu gün futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında 1/4 final matçına çıxacaq.
Publika.az xəbər verir ki, rəqib Rusiya yığması olacaq. "Belqrad Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Rusiya yığması 4 xalla C qrupunu lider kimi tamamlayıb. Azərbaycan isə D qrupunda 3 xalla 2-ci olub. Millimiz qələbə qazanacağı halda, tarixində ikinci dəfə qitənin 4 ən güclüsü sırasına yüksələcək. Sonuncu dəfə millimiz 6 il öncə Macarıstanda yarımfinaladək irəliləyərək, sonda 4-cü yeri tutub. Rusiya yığmasına gəldikdə, şimal qonşularımız 1999-cu il Avropa çempionatının qalibi, 1996, 2005, 2012 və 2014-cü ildə finalçı, 2001 və 2007-ci illərdə bürünc mükafatçı olub.
Azərbaycan - Rusiya cütünün qalibi fevralın 11-də yarımfinalda Serbiya ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması 1/4 finalda Ukraynaya qalib gəlib - 2:1. Digər yarımfinalçılar isə Qazaxıstan - İtaliya cütünün qalibi ilə Portuqaliyanı 6:2 hesabı ilə yenməyi bacaran İspaniya olacaq.
Futzal. AÇ-2016, 1/4 final
9 fevral
21:30 Rusiya - Azərbaycan
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ