Nida.az
Ermənilərin Qarabağ qorxusu: “Apreldə müharibə başlayacaq”
“Komsomolskaya pravda” nəşrinin reportyoru və publisist Darya Aslamova bu günlərdə Türkiyə-Ermənistan sərhədində yerləşən Markara kəndində gördükləri haqda danışıb.
Publika.az xəbər verir ki, reportyor sərhəd
kəndində yaşayan ermənilərin qorxduğunu deyib: “Ermənilər bir
tərəfdən Ağrı dağına iddia edirlər. Lakin sərhəddə yaşayan insanlar
qorxurlar. Ermənilər Qarabağ müharibəsini hələ də unutmayıblar və
Qarabağda yeni müharibənin başlamasının özü ilə bərabər Türkiyə ilə
də müharibə təhlükəsini gətirəcəyindən qorxurlar”.
Onun sözlərinə görə, erməni kəndlərində rastlaşdığı insanların
gözündə bir qorxu var.
“Onlar böyük güclərin toqquşmasını, yaxud Qarabağda baş verə
biləcək müharibənin alovunu görmək istəmirlər. Onlar sakit yaşamaq
istəyirlər”, - deyə o bildirib.
Yaxın Şərq haqda təəssüratlarını da paylaşan reportyor müharibənin
apreldə başlayacağını bildirib: “Artıq hər şeyin hazır olduğunu
deyə bilərik. Rusiya, Türkiyə, digər tərəfdən də Səudiyyə
Ərəbistanı müharibəyə hazırlaşır. Onu deyə bilərəm ki, Şərqdə
müharibə apreldə başlayacaq”.
Asif
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi








.png)
.jpg)





















