Astroloji proqnoz - 28 aprel
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 28 aprel

Qoç - böyük dəyişiklər astanasındasınız. Tərəddüd etdiyiniz məsələləri götür qoy etmək üçün düzgün zaman deyil.

Buğa - səhər saatlarından həmkarlarınızla, eləcə də yaxın münasibətdə olduğunuz bəzi kəslərlə mübahisələriniz mümkündür. Mülayim olmağa çalışın.

Əkizlər - özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

Xərçəng - təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Bəxtinizdə pul var.

Şir - lazımı məqamlarda sərtlik də göstərmək lazımdır. Dostunuzu-düşməninizi doğru müəyyənləşdirin.

Qız - gücünüzə inanırsınızsa, hərəkətə keçin. Boş yerə vaxt itirməklə heç bir probleminiz həll olunmayacaq

Tərəzi – sağlamlığınızın qayğısına qalın. Ağır fiziki işlərə ara verin.

Əqrəb - adi günlərdən biri olacaq. Bu gün riskdən və yeni sövdələşmələrdən uzaq olmalısınız.

Oxatan - bu gün gərgin keçəcək. Səbəbsiz münaqişələrdən uzaq olun.

Oğlaq - hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranacaq.

Dolça - maddi çətinliklər yaşayacaqsınız. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.

Balıq - yeni əlaqələr qurmaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm