İcra başçısı: Ermənilər Ağcabədiyə 100-ə yaxın mərmi atıb
Bizi izləyin

Qırmızı.az

İcra başçısı: Ermənilər Ağcabədiyə 100-ə yaxın mərmi atıb

Erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub. Rayonunun cəbhəyanı kəndlərinə 100-ə yaxın mərmi atılıb.

Publika.az AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib.

Ş.Məmmədov qeyd edib ki, təkcə Qaraxanlı kəndinə 50 mərmi düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 19 evə, yardımçı binalara, orta məktəbin binasına ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm