Hakim partiyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Azərbaycan...”
Bizi izləyin

Nida.az

Hakim partiyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Azərbaycan...”

“Serj Sərkisyan öz karyerası ərzində ən səfeh bəyanatı verib. O, ciddi çaşqınlıq içindədir. Ermənistanı düşürdüyü aqoniyadan çıxara bilmir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Aydın Mirzəzadə bildirib.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat deyib ki, Xocalı soyqırımında birbaşa əli olan Seyran Ohanyanı özünə nazir təyin edən bir adam Qarabağ sakinləri üçün təhlükəsizlik istəyir: “Görünməyən haldır ki, işğalçı dövlət ərazisi işğal olunan dövlətdən təhlükəsizlik tələb edir. Bu onun göstəricisidir ki, Sərkisyan ciddi narahatlıq içindədir. Böhrandan çıxış yolu tapa bilmir. Düşünür ki, kimsə onları xilas edəcək. Azərbaycan heç bir halda Ermənistanın qarşısından geri çəkilməyəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm