Ekopublika.az
“Moody's” SOCAR-ın reytinqini açıqladı
Beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Moody's” “SOCAR”ın şirkət notunu "Ba1" olaraq təsdiqləyib.
Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, SOCAR-ın SUR reytinqi (senior unsecured rating - iri borc öhdəlikləri) və defolt ehtimalı üzrə reytinqi də "Ba1" səviyyəsindədir. Reytinqlər üzrə proqnoz neqativdir.
Agentliyin analitikləri hesab edir ki, hökumət SOCAR-a güclü dəstək verməkdə davam edir: "SOCAR ölkənin ən iri işəgötürəni və vergi ödəyicisidir".
"Moody`s" hesab edir ki, neftin qiymətinin aşağı olması şirkətin gəlirlərinə mənfi təsir göstərməyə davam edəcək. Bununla yanaşı, qeyd edilir ki, SOCAR uzunmüddətli perspektivdə hasilatla bağlı müəyyən problemlərlə üzləşə bilər.
Bildirilir ki, SOCAR ticari əməliyyatlardan əldə olunan gəlirlər də nəzərə alınmaqla 2015-ci ildə 31,5 mlrd. dollar qazanc əldə edib.
İqtisadiyyat şöbəsi
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ