Sağlamlıq
Velosipedlə gənc və sağlam qalmağın yolu
Velosipedin yalnız uşaqlar üçün əyləncə növü olduğunu düşünürsünüzsə, yanılırsınız! Velosiped ayaqları məşq etdirən, onları formaya salan effektli idman növüdür. Soyuq havalarda idman zallarında məşq etmək daha münasibdir. Amma havalar isindikcə qapalı bir məkanda saatlarla idman etmək yorucu prosesdir, velosiped isə vəziyyətdən yaxşı çıxış yoludur.
Publika.az velosiped sürməyin faydalarını təqdim edir:
1.Velosiped bütün əzələləri, xüsusilə ayaq əzələlərini eyni anda işlədir və gücləndirir. Eyni zamanda qolları da gücləndirir, oynaq ağrıları kimi xəstəliklərin qarşısını alır.
2.Velosiped sürmək ürəyin sağlamlığı üçün faydalıdır. Bu alət bir çox ürək xəstəliklərindən qoruyur.
3.Velosiped sürməklə tarazlığı qorumağı öyrənirsiniz.
4.Standford Universitetində aparılan araşdırmanın nəticəsinə görə, hər səhər 20-30 dəqiqə pedal çevirən adamlar axşamlar daha rahat yuxuya gedir. Gün ərzində velosiped sürmək yuxunuzu qaydaya salmağa yardımçı olur.
5.Velosiped sürərkən təhlükəsizlik tədbirlərinə əməl etdikdə və daha diqqətli olduqda ömrü uzadır. Çünki metabolizmi sürətləndirir və bu məşqlər orqanizmi bir çox xərçəng növündən qoruyur.
6.Velosipedə mindiyiniz zaman metabolizm gücləndiyi üçün orqanizmin müqavimət qabiliyyəti artır və bu, cinsəl həyata da müsbət istiqamətdə təsir edir, cinsi performansı artırır.
7.Velosiped sürmək arıqlamağa və çəkini sabit saxlamağa kömək edir. Həmçinin uşaqlarda köklük riskini azaldır.
8.Avtomobil yerinə velosipedi sürmək həm hava çirkləndirilməsinin qarşısını alır, həm də lazımi yerə daha sürətli çatırsınız.
9.Velosiped ailənizlə və ya həyat yoldaşınızla sosiallaşmağı təmin edir. Həftə sonları ailəvi velosiped turlarına çıxın.
10.Velosiped sürmək sizi pis vərdişlərdən də azad edir, əvəzində vaxtınızı şən və daha əyləncəli keçirirsiniz.
11.Velosiped sürmək fikri cəmləməyə kömək edir, eyni zamanda xoşbəxtlik hormonları kimi tanınan serotonini aktivləşdirərək ruhi vəziyyəti yaxşılaşdırır.
12.Velosiped stressi də azaldır. Özünüzü daha şux və gümrah hiss etmək istəyirsinizsə, velosipedə minin.
13.Velosipedə minmək qaçışdan daha rahat olduğu üçün ayaqları və ayaq qolları daha az yoraraq məşq edirsiniz.
Aytən
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR