Hadisə
İtkin düşən iki uşaq atası tapılıb - FOTO
Qax rayonunda itkin düşən 30 yaşlı Əhməd Şükür oğlu
Qabulov tapılıb.
Kanal S (Region TV) xəbər verir ki, Qax Rayon Polis Şöbəsindən
bildirilib ki, polisin keçirdiyi xüsusi əməliyyat-axtarış
tədbirləri nəticəsində Əhməd Qabulov rayonun Zəyəm kəndi ərazisində
tapılıb.
Qax şəhəri, Azərbaycan prospekti, ev 13 ünvanında yaşayan 1986-cı
il təvəllüdlü Əhməd Şükür oğlu Arandan yaylağa köçən çobanlara
qoşularaq Zaqatalaya getmək istəyib. Şöbənin əməliyyat-axtarış
qrupu onun yerini müəyyənləşdirib və Əhməd Qabulov saxlanılaraq
Polis Şöbəsinə gətirilib.
Qeyd edək ki, iki azyaşlı uşaq atası olan Ə.Qabulov mayın 22-də
axşam saatlarında evdən çıxaraq bir daha qayıtmayıb. Ailəsinin
bildirdiyinə görə, o, əqli qüsurludur.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi