Qırmızı.az
Toyundan 1 həftə sonra itən gəlinin meyiti meşədən tapıldı, əri ETİRAF ETDİ (YENİLƏNİB)
Gülnarə Vəliyevanın meyiti Peterburqun Petrodoveretsk rayonu yaxınlığındakı meşədən tapılıb.
Lent.az Rusiyanın "Life" saytına istinadən xəbər verir ki, gənc qadının meyiti meşəlik ərazidən tapılıb. Bu barədə onun həyat yoldaşı Samir Həbibovistintaqa verdiyi ilkin ifadə zamanı bildirib. Samir onu da qeyd edib ki, Gülnarə Vəliyevanı ehtiyatsızlıqdan öldürüb.
Hazırda meyit ekspertizaya aparılıb. Məhz bundan sonra ölümün səbəbi bəlli olacaq.
***
Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlinlə bağlı yeni məlumatlar ortaya çıxıb.
ANS PRESS-in "Komsomolskaya Pravda"ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Gülnar Həbibovanı öz həyat yoldaşı qətlə yetirib. Sonra isə onun itkin düşməsi barədə polisə məlumat verib.
Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır.
Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.
Gülnar Həbibova - Sankt-Peterburqda yoxa çıxan bir həftənin gəlini
Aprelin 22-də səhər saatlarında Gülnar tibb institutuna dərsə getməli imiş, lakin artıq bu zaman onun mobil telefonun zəng çatmayıb. Samirin sözlərinə görə, həyat yoldaşı səhər evdən çıxıb, lakin hara getdiyini o bilməyib.
O zamandan Gülnar Həbibova haqda bir xəbər olmayıb. Qızın valideynləri, dostları, könüllülər və polislər onu 1 aydan çox müddətdə axtarıblar.
Bu gün isə Samir Həbibov Gülnar Həbibovanın qətlində şübhəli bilinərək saxlanılıb. İstintaq rəsmi bəyanatla çıxış edərək bildirib ki, Gülnar itməyib və evdən qaçmayıb. "Mayın 26-sı Samir Həbibov aprelin 22-si Marşal Jukov prospektində yerləşən mənzildə Gülnar Həbibovanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb", - deyə Peterburq üzrə Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq idarəsinin rəsmi nümayəndəsi Sergey Kapitonov "Komsomolskaya Pravda" qəzetinə bildirib.
Məlumata görə, hazırda Samir ifadə verir, onun günahını etiraf edib-etmədiyi haqda məlumat yoxdur.
Hələlik gənc gəlinin meyitinin tapılması barədə məlumat yoxdur.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR