Rusiya 2017-ci ildə işğalı rəsmiləşdirəcək
Bizi izləyin

Dünya

Rusiya 2017-ci ildə işğalı rəsmiləşdirəcək

Cənubi Osetiyada 2017-ci ildə Rusiyanın tərkibinə daxil olması barədə referendum keçiriləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə bəyanatı separatçı qurumun lideri Leonid Tibilov və “parlamentinin spikeri” Anatoli Bibilov imzalayıb.

Bəyanat “Prezident yanında Siyasi Şura”sının iclasının nəticəsinə görə qəbul edilib.

Qeyd edək ki, 1990-cı ildə Gürcüstandan ayrılaraq birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiya de-fakto Rusiyanın işğalı altındadır.

Rusiya prezidenti Vladimir Putin cari ilin aprel ayında “birbaşa xətt”də bildirib ki, Moskva Cənubi Osetiyanın Rusiyaya birləşməsi haqqında referenduma müqavimət göstərməyəcək.

“Cənubi Osetiya xalqı referendumu keçirmək istəyir. Düşünürəm ki, biz buna müqavimət göstərə bilmərik”, - Putin deyib.

O, həmçinin qeyd edib ki, bu mövzu Cənubi Osetiya rəhbərliyi ilə təfərrüatı ilə müzakirə edilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm