Hadisə
Zaqatalada ağır qəza: Ölən və yaralanan var
Zaqatalada mikroavtobus və minik
maşının toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə
xəsarət alıb.
APA-nın Şəki-Zaqatala
bürosunun məlumatına görə, hadisə mayın 26-ı axşam saat 19:30
radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi
ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Aşağı Tala
kənd sakini, 1995-ci il təvəllüdlü, İbrahim Elxan oğlu İbrahimlinin
idarə etdiyi “Moskviç-412” markalı minik avtomobili ilə hələlik
şəxsiyyəti məlum olmayan Zaqatala rayon sakininin idarə etdiyi
“Mercedes-Vita” markalı, Rusiya dövlət nömrə nişanlı mikroavtobus
toqquşub. Qəza nəticəsində “Moskiviç” markalı avtomobildə olan
sərnişin, Zaqatala şəhər sakini 24 yaşlı Feyzullah Hədis oğlu
Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
“Moskviç”in sürücüsü İbrahim İbrahimli aldığı müxtəlif dərəcəli
bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX)
aparılıb.
Mikroavtobusun sürücüsü xəsarət almayıb.
Zaqatala RMX-dan bildirilib ki, yaralı İbrahim İbrahimli
xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti
orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma
aparılır.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək