Nida.az
Gürcü politoloq: “ABŞ Qarabağda təşəbbüsü Rusiyadan alır və...”
“ABŞ bu gün Qarabağ münaqişəsinin nizama salınması
prosesində təşəbbüsü Rusiyadan alır. Vyanada prezidentlərin görüşü
bu planda imkanlar üçün açılan pəncərə idi”.
Publika.az xəbər verir ki, bu barədə gürcü
politoloq Qela Vasadze deyib.
Onun sözlərinə görə, Vyana görüşü çox əhəmiyyətli idi: “İlk növbədə
amerikalıların prosesə tamamilə qoşulması baxımından əhəmiyyətli
idi. Hesab edirəm ki, onlar münaqişənin nizama salınmasında hər
şeyi edəcəklər. Bu tarixi şansdır. Təbii ki, hazırki proses nizama
salınma deyil, sadəcə olaraq imkanlar üçün yeni pəncərədir. Bu
prosesdə amerikalılar təşəbbüsü Rusiyadan almaq istəyir və bunun
özü nizama salınma prosesinin aktivləşdirilməsinə imkanlar
yaradır”.
Gürcü politoloq hesab edir ki, Rusiyanın siyasəti amerikalıları
prosesə müdaxilə etməyə məcbur etdi: “Artıq Rusiya tərəfdaş deyil
və bu ölkə problemlər yaradır. Bu məsələnin obyektiv tərəfidir.
Subyektiv tərəfi isə Obamanın tarixə düşmək istəyi ilə
bağlıdır”.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR